Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olduğu təyyarə Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bakupost.az xəbər verir ki, Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi, dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Prezident təyyarəsi Moskva üzərində geri dönüş edib və Bakıya üz tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevin təyyarəsi artıq Bakıda eniş edib.
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.