Ru
20:33 / 06 Mart 2025

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var - FOTO

Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var - FOTO
Eye

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar.

“Təəssüflə bildiririk ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişmiş, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Allahdan dünyasını dəyişən əməkdaşımıza rəhmət, yaralı əməkdaşımıza isə şəfa diləyirik”, - məlumatda qeyd edilib.



Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - Ölən var - FOTO
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar