Ru
12:26 / 26 Sentyabr 2024

"Problemi Saakaşvili yaradıb" - Kobaxidzedən osetin və abxazlara birləşmək çağırışı

"Problemi Saakaşvili yaradıb" - Kobaxidzedən osetin və abxazlara birləşmək çağırışı
1401

Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiyaya müraciət edərək, onları vahid Gürcüstan dövlətində yaşamağa çağırıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Kobaxidze bu barədə BMT Baş Məclisinin 79-cu sessiyasında çıxışı zamanı bildirib

"Bizim bütün addımlarımız xalqımıza kömək etməyə və bir gün övladlarımızla birlikdə xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda yaşaya bilməyə yönəlib", - Gürcüstan hökumətinin başçısı deyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan ölkədəki bütün dağılmış körpüləri bərpa etməli, Abxaziya və Cənubi Osetiya əhalisini “açıq ürəklə qarşılanmalıdır”.

Qeyd edək ki, ötən həftə Kobaxidze Gürcüstan hakimiyyətinin əvvəllər 2008-ci ildə Cənubi Osetiyada baş vermiş müharibə haqqında həqiqəti deyə bilmədiyini bildirib. Onun sözlərinə görə, bu münaqişəni o vaxtkı prezident Mixail Saakaşvili kənar təzyiqlər altında başladıb.

Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar