"Artıq dünyanın bir sıra ölkələri iqtisadi böhranın acı nəticələrini yaşayırlar. Prosesi tətikləyən səbəblərdən biri isə neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır. Bu, heç şübhəsiz ki, dünya iqtisadiyyatına, eyni zamanda, ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir”.
Bunu
Bakupost.az -a millət vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heç nə vəd etmir:
“Baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər. Heç şübhəsiz ki, bu siyasətin uğurla davam etdirilməsi üçün düzgün büdcə siyasəti və büdcə vəsaitlərinin səmərəli istifadəsi olduqca önəmlidir".
Sevinc,
BakuPost