Dünyada Napoleon Bonapartın işğalı dövrünə qayıtmaq istəyənlər var, amma onlar bu tarixi hadisənin necə bitdiyini unudurlar.
Bakupost.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Vətən Müdafiəçiləri" Fondunun əməkdaşları və himayədarları ilə görüşündə bildirib.
“Hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlər var, onlar bunun necə bitdiyini unudublar”, - Putin deyib.
Bundan əlavə, onun fikrincə, Rusiyanın düşmənləri və əleyhdarlarının bütün səhvləri həmişə rus xalqının, eləcə də ümumrusiya mədəniyyəti nümayəndələrinin xarakterini qiymətləndirməməkdən ibarət olub.
Martın 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Emmanuel Makronun bəyanatlarını Adolf Hitler və Napoleon Bonapartın sözləri ilə müqayisə edib.
Zaur,BakuPost