Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:55 / 31 İyul 2024

Putin böyük ordu səfərbər edir: hərbçilərə 400 min maaş veriləcək

1644
Rusiya prezidenti Vladimir Putin federal ödəniş haqqında fərman imzalayıb.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, fərmana əsasən, avqustun 1-dən 2024-cü ilin sonuna qədər Xüsusi Hərbu Əməliyyat zonasında xidmət üçün müqavilə bağlayacaq hərbi qulluqçulara 400 min rubl ödəniş ediləcək.
Hazırda müqavilə bağlamış hərbçilərə 195 min rubl ödəniş nəzərdə tutulub. Ukraynada hərbi əməliyyatlar zamanı bir il və ya daha çox müddətə hərbi xidmət müqaviləsi bağlamış, səfərbər edilmiş müqaviləli əsgərlərə birdəfəlik ödəniş verilir. Prezidentin fərmanı ilə bu müddəalar 2022-ci il sentyabrın 21-dən yaranan hüquq münasibətlərə də şamil edilir.

Həmçinin səfərbər edilmiş və müqaviləli əsgərlər regional hakimiyyət orqanlarından ödənişlər almaq hüququna malikdirlər. 2024-cü ilin yayında bir neçə bölgə ödənişlərin artdığı elan edilib. Məsələn, Moskvada müqavilə bağlamaq üçün 1,9 milyon rubl, Sankt-Peterburqda - 1,8 milyon rubl, Rostov vilayətində - 1,2 milyon rubl, Sverdlovsk vilayətində - 400 min rubl ödəməyə başlanılıb.

Rusiya Müdafiə Nazirliyinin iyul ayına olan məlumatına görə, 2024-cü ilin əvvəlindən 190 min nəfər hərbi əməliyyatlarda iştirak etmək üçün müqavilə imzalayıb. Müdafiə Nazirliyi sonuncu dəfə 2023-cü ilin dekabrında müqavilə əsasında xidmət edən hərbi qulluqçuların ümumi sayının 640 min nəfər olduğunu açıqlayıb.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar