Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:00 / 21 Oktyabr 2024

Putin bu liderlərlə görüşəcək

775
Rusiya Prezidenti Vladimir Putinin Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində hansı ölkələrin liderləri ilə görüşəcəyi bəlli olub.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov bildirib ki, Rusiya lideri Hindistan Baş naziri Narendra Modi, Çin Sədri Si Szinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas, İran Prezidenti Məsud Pezeşkian, Efiopiya Baş naziri Abiy Əhməd Əli, Laos lideri Tonqloun Sisoulit, Mavritaniya Prezidenti Məhəmməd Ould Qazvani, Boliviya Prezidenti Luis Arce, Vyetnam Baş naziri Fam Min Trinh və BMT-nin baş katibi Antonio Quterreşlə görüşlər keçirmək niyyətindədir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar