Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:40 / 25 İyul 2024

Putin Əsədi Moskvaya Ərdoğana görə çağırıb?

2057
“Fikrimcə, Rusiya prezidenti Vladimir Putinin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşü xəbərlərdə yayıldığı kimi, “ticarət və iqtisadi əlaqələrin müzakirəsi”ndən daha çox Türkiyə ilə əlaqəlidir. Kreml Türkiyə və Suriya liderlərini görüşdürmək və barışdırmaq istəyir”.





Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Kreml bölgədə həm də vasitəçi rolunu gücləndirmək niyyətindədir:

“Bu Ukraynada müharibə aparan Kremlin başqa bölgələrdə vasitəçi rolunu gücləndirmək məqsədi daşıyır. Türkiyə cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşməyə hazırdır. Əsəd də rusiyalı həmkarının xahişini yerə salmayacaq. Bu görüş Türkiyənin maraqlarına cavab verir. Bəşər Əsəd Ankaranın gözləntisinin əksinə olaraq, hakimiyyətini itirmədi, Rusiya və İranın dəstəyi sayəsində kreslosunu qoruya bildi. Türkiyəyə Suriya ərazisindəki terrorçu qruplardan təhlükə var. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyirsə, Əsədlə müzakirələr hər iki tərəf üçün faydalı olacaq”.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar