"BRİKS qapalı format deyil, onun dəyərlərini bölüşən hər kəs üçün açıqdır".
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin sammitin yekunlarına dair mətbuat konfransında deyib.
O, BRİKS sammitinin təşkilinə görə Tatarıstana təşəkkür edib və yaranan narahatlığa görə Kazan sakinlərindən üzr istəyib.
Putin deyib ki, BRİKS heç kimə, o cümlədən SWIFT-ə alternativ yaratmır.
Zaur, BakuPost