Rusiya Prezidenti Vladimir Putin Ətraf Mühit və Təbii Ehtiyatlar naziri Aleksandr Kozlov vasitəsilə Şimali Koreya liderinə maraqlı sürpriz edib.
Bakupost.az xarici KİV-ə istinadəın bildirir ki, o, Kim Çen İnə nadir tapılan heyvanlar göndərib.
Qeyd edək ki, səfər zamanı Kozlovla Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Çonq Ho ticarət, iqtisadiyyat, elm və texnologiya sahəsində əməkdaşlığa dair protokol imzalayıblar. Razılaşmanın məzmunu ilə bağlı məlumat paylaşılmasa da, Rusiya mətbuatı tərəflərin iki ölkə arasında müntəzəm uçuşların sayını artırmaq barədə razılığa gəldiklərini bildirib. Kozlov və onu müşayiət edən nümayəndə heyətinin dünən gecə Şimali Koreyadan ayrıldığı qeyd olunub.
Şimali Koreya hökumətinin ayrıca bir açıqlamasında isə Putinin Kozlov və onu müşayiət edən heyət vasitəsilə Kimə hədiyyə olaraq nadir tapılan heyvanlar göndərdiyi təsdiq edilib.
Rəhman Mirzəlizadə, Bakupost