Rusiya Prezidenti Vladimir Putinin gecə 22:45-də (Bakı vaxtı ilə 23:45) təcili Kremldə getdiyi və iclas keçirəcəyi haqda məlumatları yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları bildirib.
Rusiya mediasının məlumatına görə, müdafiə naziri Andrey Belousov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Prezidentin müşavirləri Aleksey Dyumin, Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin, “Rostex” korporasiyasının rəhbəri Sergey Çermezov, Rosqvardiya rəhbəri Viktor Zolotov də təcili Kremlə çağırılıblar.