Ru
23:11 / 26 Aprel 2025

"Putin müharibəni dayandırmaq istəmir" -Tramp

"Putin müharibəni dayandırmaq istəmir" -Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Zelenski ilə danışdıqdan sonra sərt açıqlama verib.

Bakupost.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ və Ukrayna liderlərinin Roma Papası Fransiskin dəfn mərasimində görüşündən sonra Ağ Evin rəhbəri Rusiyanın münaqişəyə son qoymaq istəyinə şübhə ilə yanaşıb.

“Bu, məni düşünməyə vadar edir ki, bəlkə o, müharibəni dayandırmaq istəmir. Bəlkə başqa cür etməliyəm, bank və ya ikinci dərəcəli sanksiyalar vasitəsilə hərəkət edim? Çox insan ölür”, - ABŞ lideri qeyd edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar