Ru
19:23 / 30 Sentyabr 2024

Putin Təhlükəsizlik Şurasının tərkibini dəyişdi

665
Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi portalında sərəncam yerləşdirilib.

Sərəncama əsasən, sentyabrın 25-də Federasiya Şurasının birinci vitse-spikeri təyin edilən Vladimir Yakuşev Təhlükəsizlik Şurasından xaric edilib .

Eyni fərmanla Putin Rusiya Təhlükəsizlik Şurasının tərkibinə onun köməkçisi Aleksey Dyumini, Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsovanı, Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəhbəri Aleksandr Linetsni, habelə Rusiya Federasiyası Prezidentinin birinci müavinini daxil edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar