Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev arasında telefon danışığı olub, enerji sahəsində əməkdaşlıq və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə hazırlıq məsələləri müzakirə edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər qarşıdan gələn Qələbənin ildönümünün əhəmiyyətini vurğulayıblar. Tokayev Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyini təsdiqləyib. Putin həmkarı ilə hazırkı Rusiya-Amerika dialoqu ilə bağlı öz qiymətləndirməsini də bölüşüb, lakin detallar açıqlanmayıb.
“Prezidentlər ikitərəfli və beynəlxalq əməkdaşlığın əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”, - Kreml qeyd edib.
Zaur,BakuPost