Ru
14:47 / 22 Mart 2025

Putin Trampa hədiyyə göndərdi

Putin Trampa hədiyyə göndərdi
Eye

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa onun rusiyalı rəssam tərəfindən çəkilmiş portretini hədiyyə edib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.

"Prezident Putin Rusiyanın aparıcı rəssamına Prezident Trampın gözəl portretini sifariş verib. Putin portreti Trampın evinə aparmağı xahiş edərək, onu mənə verdi" , - deyə S.Uitkoff vurğulayıb.

Xüsusi nümayəndə əlavə edib ki, portreti artıq ünvana təhvil verib.

Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar