Ru
09:28 / 28 Noyabr 2024

Putin Trampın andiçməsinə nümayəndə göndərəcək?

Putin Trampın andiçməsinə nümayəndə göndərəcək?
Eye

ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində Rusiyanın xüsusi nümayəndələri iştirak etməyəcək, çünki tədbirə Vaşinqtonda akkreditə olunmuş səfirlərdən başqa xarici nümayəndə heyətlərinin dəvət edilməsi nəzərdə tutulmur.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

1998-2008-ci illərdə Rusiyanın ABŞ-dakı səfiri olmuş Uşakov deyib: “Vaşinqtonda akkreditə olunmuş səfirlər istisna olmaqla, andiçmə mərasiminə xarici nümayəndə heyətlərinin dəvət edilməsi ilə bağlı heç bir şərt yoxdur”.

“Əgər kimsə deyirsə ki, mən inauqurasiyaya gedirəm, deməli, o, mərasimin özünə deyil, inauqurasiya ilə bağlı kütləvi şəkildə keçirilən müxtəlif protokol tədbirlərinə gedir”, - deyə prezidentin köməkçisi izah edib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar