Ru
19:38 / 19 Mart 2025

Putin və Tramp harda görüşəcək? - Kremldən AÇIQLAMA

 Putin və Tramp harda görüşəcək? - Kremldən AÇIQLAMA
Eye

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüşün Səudiyyə Ərəbistanında baş tutması ehtimalını istisna etmək olmaz.

Bakupost.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, iki liderin görüşünün harada keçiriləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Martın 18-də Vladimir Putin və Donald Tramp arasında rəsmi olaraq təsdiqlənmiş ikinci telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Rusiya lideri xarici həmkarının Moskva və Kiyevin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtinası barədə təklifi ilə razılaşıb.

Tramp administrasiyasının üzvlərinə Ukrayna münaqişəsinin həlli çərçivəsində Moskva ilə əlaqələri qaydaya salmağı tapşırıb. Bunu xüsusilə Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi etməlidir. ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, bu prosesdə hamı iştirak edir.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığından sonra bildirib ki, Rusiya və ABŞ-dan olan texniki qruplar “yaxın günlərdə” Ər-Riyadda görüşəcək.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar