Ru
13:13 / 13 Fevral 2025

Putin və Trampın görüş yeri açıqlandı

Putin və Trampın görüş yeri açıqlandı
2325

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampın görüşü Səudiyyə Ərəbistanında baş tuta bilər.

Bakupost.az xəbər verir ki, danışıqların mümkün yeri ilə bağlı Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini, deputat Vyaçeslav Nikonov "Shot"a müsahibəsində bildirib.

Bundan əvvəl Tramp da Putinlə Səudiyyə Ərəbistanında görüşmək istədiyini bildirmişdi. Həmçinin, amerikalı lider Rusiya prezidentinin ABŞ-a səfərini gözlədiyini qeyd edib.

Qeyd edək ki, fevralın 12-də Putin və Tramp arasında bir saatdan çox davam edən telefon danışığı olub. Dövlət başçıları Ukraynadakı vəziyyətin həlli yollarını, Yaxın Şərq gündəmini, İranın nüvə proqramını və ikitərəfli iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər. Bundan əlavə, Rusiya lideri həmkarını Moskvaya dəvət edib.

Lalə, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar