"Rusiya-Ukrayna müharibəsi güman edildiyindən fərqli olaraq, xeyli müddətdir davam edir. Bəzi siyasətçilər düşünürdü ki, Rusiya bir və ya iki həftəyə Ukraynanı işğal edəcək, paytaxt Kiyev şəhərini alacaq və müharibə yekunlaşacaq. Müharibənin gedişində Qərbin və NATO-nun Ukraynaya dəstəyi bu ehtimalları sıfıra endirdi və hələ də müharibə davam etməklə hər iki ölkəyə çox ciddi ziyanlar vurur. NATO-nun və Qərbin Ukraynaya olan həm maddi, həm də digər dəstəklər və Ukrayna ordusunun əzmi müharibəni uzatdı. Hazırda da müharibə ilə bağlı dəqiq fikir söyləmək mümkün deyil. ABŞ prezident Donald Tramp seçkiqabağı kampaniya zamanı demişdi ki, Rusiya-Ukrayna arasında müharibəni dayandıracaq. Lakin ABŞ hələ də bunu bacarmayıb. Ona görə də Rusiya Ukraynada hakimiyyət dəyişikliyi olmasını istəyir”.
Bu sözləri
Bakupost.az -a hərbi-ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Ukrayna ərazi bütövlüyünün bərpa olunmasını istəyir. Hətta Co Bayden hakimiyyəti dövründə Ukrayna tərəfi deyirdi ki, Krım şəhəri yenidən Ukraynaya qaytarılsın və oranın da ərazi bütövlüyü bərpa olunsun.
Putin və ya Zelenskinin ikisindən biri hakimiyyətdən getməsə, dünya düzənində yeni dəyişikliklər olmasa, müharibə bitməyəcək:
“Ola bilər ki, müəyyən dövrlərdə atəşkəs əldə edilsin. Amma bütünlükdə bu məsələ hələ davam edəcək. Ona görə ki, ya Rusiya zəifləməlidir, Ukrayna ərazi bütövlüyünü bərpa etməlidir, ya da Ukrayna ərazisinin yarı hissəsi Rusiyanın işğalında qalmalıdır. O halda müharibə bitə bilər. Başqa halda bu proses xeyli müddət davam edəcək".
Sevinc,
BakuPost