Ru
21:35 / 17 Mart 2025

Putindən Rəhmona maraqlı jest

Putindən Rəhmona maraqlı jest
Eye

Kremldəki danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emoməli Rəhmonu şəxsən avtomobilinə qədər müşayiət edib və onunla səmimi vidalaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Danışıqlardan sonra dövlət başçıları birlikdə küçəyə çıxıb, qucaqlaşıb sağollaşıblar.

Görüş zamanı Vladimir Putin regional və qlobal məsələlərdə Rusiya və Tacikistanın mövqelərinin yaxın olduğunu bəyan edib. Rusiya liderinin sözlərinə görə, Moskva və Düşənbə beynəlxalq hüququn aliliyi və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalırlar.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar