“ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə ATACMS raketləri ilə zərbə endirməsinə icazə verməsi Moskvada iki qərarın qəbul edilməsi ilə nəticələndi. Birincisi, Rusiya prezidenti nüvə doktrinasında dəyişikliklər edərək, nüvə silahı istisna olmaqla ballistik raketlərlə ölkə ərazisinə hücuma nüvə zərbəsi ilə cavab verməyə icazə verdi. İkincisi, Rusiya danışıqlara hazır olduğunu və ordusunu Xarkov və Nikolayev vilayətlərindən çıxara biləcəyini vurğuladı. Həmçinin Moskva cəbhə xəttinin dondurulmasına razılaşır. Ukraynanın NATO-ya üzv olmayacağı, Krımın danışıqlar predmetinə çevrilməyəcəyi şərti qoyuldu. Həmçinin Ukrayna ordusunun say tərkibinin məhdudlaşdırılmasını təklif kimi irəli sürdülər”.
Bunu
Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədüllazadə söyləyib.
O qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Vladimir Putindən Ukrayna ərazilərindən qoşunların çıxarılmasını tələb edib. Rəsmi Londonun bu tələbi adi bəyanat deyil:
"Görünür, Böyük Britaniya Ukrayna müharibəsində həlledici mərhələyə başlayacaq. Ukraynaya yeni ballistik raketlərin verilməsi və hərbiçilərin göndərilməsi nəzərdə tutulur. ABŞ-dan fərqli olaraq Böyük Britaniya Ukrayna müharibəsində daha prinsipial görünür. Onun Ukraynada açıq şəkildə Rusiyaya qarşı hərbi fəaliyyətə keçməsi mümkündür. Rusiya ordusunun 2022-ci ildə Kiyev yaxınlığından geri çəkilməsində, elit qüvvələrinin Kiyevdə dağıdılmasında Böyük Britaniyanın rolu olub. Ümumiyyətlə, Putinin nüvə silahına əl atmasi gözlənilmir. Çünki bu adekvat cavab zərbəsi ilə nəticələnə bilər. Rusiya prezidentinin nüvə təhdidid Qərbi mövqeyindən çəkindirməyəcək”.
Sevinc,
BakuPost