Ru
12:00 / 14 Mart 2025

“Putinin Trampa “yox” deməsi çətindir” - Politoloq

“Putinin Trampa “yox” deməsi çətindir” - Politoloq
Eye

“Bir neçə gündür ki, Rusiya ordusu Kurska şiddətli əks-hücumlar həyata keçirir. Rusiyanın bunu tələsik etməsinin səbəbi odur ki, Putin atəşkəsi qəbul etməyə məcbur olacağını anlayır. O, heç olmasa, Kursk ətrafındakı əraziləri azad etdikdən sonra atəşkəsə razılıq vermək istəyir. Çünki hazırki məqamda Putinin Trampa “yox” deməsi çətindir”.

Bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Putin atəşkəsə “hə” deyəcək:



"Amma atəşkəs məsələnin həlli deyil. Üstəlik atəşkəs o demək deyil ki, bu, qorunacaq, toqquşmalar olmayacaq. Atəşkəsə necə əməl olunacağı bəlli deyil. Mən düşünürəm ki, atəşkəs müəyyən müddət üçün imzalana bilər. Amma Rusiyanın atəşkəsə əməl edəcəyi də inandırıcı deyil. Rusiya hədəfinə çatmayanadək atəşkəs pozulacaq. Eyni zamanda, Rusiya atəşkəsdən yararlanmaq istəyə, toparlanmaq üçün zaman qazanmış ola bilər”.

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar