Ru
20:08 / 15 Noyabr 2024

Putinlə Şolts arasında kritik müzakirə - Kreml detalları açıqladı

Putinlə Şolts arasında kritik müzakirə - Kreml detalları açıqladı
Eye

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, telefon danışığı Berlinin təşəbbüsü ilə baş tutub.

Kremldən verilən açıqlamaya görə, Putin Şoltsa Rusiyanın heç vaxt danışıqlardan imtina etmədiyi və Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu vurgulayıb.

Putin və Şolts köməkçilərinin əlaqə saxlaması barədə razılığa gəliblər.

"Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır", - deyə Kremldən bildirilib.

Putin Berlinin qeyri-dost kursu səbəbindən Rusiya-Almaniya münasibətlərinin görünməmiş deqradasiyasından danışıb. Qeyd edib ki, Rusiya enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirib və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.

Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar