Ru
21:34 / 12 Fevral 2025

Putinlə Tramp nədən danışıb? - İlkin razılaşma

 Putinlə Tramp nədən danışıb? - İlkin razılaşma
805

Rusiya prezidenti Vladimir Putin Donald Trampla telefon danışığında bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün onun köklü səbəbləri aradan qaldırılmalıdır.

Bakupost.az Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Putin münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, sülh danışıqları vasitəsilə uzunmüddətli həllə nail olmaq olar”, - Peskov bildirib.

Peskov Putinin Trampı Moskvaya dəvət etdiyini də deyib.

Kremlin mətbuat katibi bildirib ki, Putin amerikalı həmkarının Vaşinqton və Moskvanın Ukraynada sülh yolu ilə nizamlanmasında birgə işləməsinin zəruriliyi ilə bağlı tezislərindən birini dəstəkləyib.

Tramp bildirib ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinin həlli üçün dərhal danışıqlara başlamaq niyyətindədirlər. O deyib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri danışıqlar üçün Rusiyaya gedəcək.

Zaur, BakuPost





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar