Ru
19:26 / 22 May 2024

Qadın alverinə görə cərimə olundu

Qadın alverinə görə cərimə olundu
1485

Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən "Astoria" hotelində qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsə cəza verilib.

Bakupost. az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 2002-ci il tarixdə Quba rayonu, II Nügədi kəndində anadan olmuş Aytac Cəfərova (soyad şərti) Rəsul adlı tanışından 300 manat alaraq, Pərvanə və Jana adlı tanışlarını sözügedən otelə göndərib.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 16 dekabr 2023-cü il tarixdə saat 06:50 radələrində qeyd olunan hotelin 120 nömrəli kotecində əməliyyat-axtarış tədbiri keçirilib. Sonuncunun Aytaca verdiyi 300 manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülüb.

Aytac da zərərçəkmiş qadınların ifadəsi əsasında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə cinayət işi açılıb, 4 ay 21 gün həbsdə saxlanılıb.

Məhkəmədə əməlindən peşman olan Aytac hakimdən barəsində yüngül cəza təyin edilməsini xahiş edib. O, Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3000 manat cərimə edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar