Ru
20:30 / 02 Dekabr 2024

Qadının bədənindən 11 kiloqramlıq kist çıxarıldı - FOTO

Qadının bədənindən 11 kiloqramlıq kist çıxarıldı - FOTO
Eye


Kazan şəhərində həkimlər 11 kiloqramlıq kist ilə birlikdə xəstənin qaraciyərinin bir hissəsini də çıxarmağa məcbur olublar.

Bakupost.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 2017-ci ildə tibbi müayinə zamanı 21 yaşlı qız testlərdən keçib. Onun orqanizmində parazitlə yoluxmuş exinokok kisti tapılıb. Pasiyent təyin olunmuş dərmanları qəbul edib və əməliyyat keçirib, lakin müalicəni tam olaraq başa çatdırmayıb.

Keçən ilin noyabr ayında rusiyalı qadın kəskin arıqlayıb və onun qarnında böyük şiş əmələ gəlib. Həkimlər müayinədən sonra bunun yenə də eyni exinokok olduğunu müəyyən ediblər. Şiş qızın daxili orqanlarını sıxıb və bəzilərinə də yayılıb.

Cərrahlar əməliyyatla şişi çıxarıblar. Onun çəkisi 11 kiloqram olub. Şişlə birlikdə həkimlər qızın qaraciyərinin iki seqmentini və sidik axarının bir hissəsini də kəsmək məcburiyyətində qalıblar. Məlumata görə, pasiyent hazırda evdədir və müalicəsini davam etdirir.

Lalə, BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar