40 yaşlı Ufa sakini parazitar infeksiyaya görə gözündən əməliyyat keçirməli olub.
Bakupost.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının Səhiyyə Nazirliyi “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.
Belə ki, qadın həkimlərə sol gözünün aşağı qapağı nahiyəsində yaranan şişdən şikayət edib və orada hansısa hərəkət hiss etdiyini bildirib.
Parazitar infeksiya təsdiq edildikdə, oftalmoloqlar dərhal əməliyyat keçiriblər, xəstənin gözündən helminti çıxarıb və göz qapağının bütövlüyünü bərpa ediblər.
İndi qadın parazitin növünü müəyyən etmək üçün yoluxucu xəstəliklər xəstəxanasında əlavə müayinədən keçməlidir.
Lalə, BakuPost