Ru
15:48 / 22 Yanvar 2025

Qadının öd kisəsində 40-dan çox daş aşkarlandı - FOTO

Qadının öd kisəsində 40-dan çox daş aşkarlandı - FOTO
597


Bu yaxınlarda Rusiyanın Sklifosofski adına İnstitutuna öd daşı xəstəliyi diaqnozu ilə bir qadın gətirilib. Moskvalı qadın mütəxəssislərə etiraf edib ki, bir neçə ildir şiddətli ağrılardan əziyyət çəkir, lakin qorxduğu üçün əməliyyat olunmaq istəməyib.

Bakupost.az "MK"-ya istinadən xəbər verir ki, həkimlər müayinə aparıb və təcili əməliyyat aparılmalı olduğunu bildiriblər. Xəstənin öd kisəsində qırxdan çox daş aşkar edilib.

Əməliyyatın heç də qorxulu olmadığı ortaya çıxıb. Amma təəssüf ki, belə bir vəziyyətdə orqanı xilas etmək mümkün olmayıb. Səhər saatlarında daşlarla birlikdə qadının öd kisəsi də çıxarılıb. Onların sayının çox olmasına baxmayaraq əməliyyat uğurla keçib və cəmi 50 dəqiqə davam edib.

Həmin gün axşam saatlarında xəstə evə buraxılıb və özünü yaxşı hiss edir.

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar