Ru
21:50 / 07 Aprel 2025

Qafarova və Raimkulova memorandum imzaladı

Qafarova və Raimkulova memorandum imzaladı
Eye

Aprelin 6-da Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb.

Bakupost.az xəbər verir ki, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vəMilli Məclis spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

Fondun prezidenti Aktotı Raimkulova bu Memorandumun, Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi və ortaq irsin qorunması baxımından töhfələr verəcəyinə əminliyini ifadə edib. O, Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında qurulan bu əməkdaşlığın, türk mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına və təşviqinə yeni imkanlar yaradacağını qeyd edib.

Görüş Fond ilə Şəbəkə arasındakı əməkdaşlığın gələcək planları üzərində müzakirələrlə davam edib.

Aprelin 7-də isə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IV konfransına qatılıb.

“Bandunq Ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş tədbirə Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.

Konfrans çərçivəsində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun mədəni müxtəliflik və sülh dəyərlərinin təşviqinə yönəlmiş fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib.

Bu istiqamətdə UNESCO, ICESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA və digər beynəlxalq tərəfdaşlarla həyata keçirilən əməkdaşlıq layihələrini diqqətə çatdırıb.

O, həmçinin Fondun Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə, 6 aprel 2025-ci il tarixində tərəflər arasında Anlaşma Memorandumunun imzalandığını və bunun tərəfdaşlığın yeni mərhələsinə keçidin göstəricisi olduğunu vurğulayıb.

Tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirən Fondun prezidenti belə beynəlxalq platformaların ortaq dəyərlərin təşviqi və bölgədə Türk xalqları başda olmaqla qlobal mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bildirib.

Konfrans zamanı Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və regional mədəni əməkdaşlığa verdiyi töhfə yüksək qiymətləndirilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar