Ru
23:10 / 24 Fevral 2025

“Qalatasaray” “Fənərbaxça” ilə heç-heçə oynadı

“Qalatasaray” “Fənərbaxça” ilə heç-heçə oynadı
765

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Bakupost.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.

Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi fit sahibi - sloveniyalı referi Slavko Vinçiç idarə edib. “Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.

Komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra turnir cədvəlinə 64 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbaxça” isə 58 xalla 2-cidir.

Türkiyə Superliqası, 25-ci tur

24 fevral

21:00. "Qalatasaray" – "Fənərbaxça" - 0:0

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Rams Park”

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar