"Qalatasaray" və İlkay Gündoğanın yolları nəhayət ki, kəsişir.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "sarı-qırmızılılar"ın yeni mövsüm üçün təcrübəli futbolçu ilə razılığa gəldiyi bildirilir.
“Qalatasaray” yeni mövsüm üçün İlkay Gündoğanla böyük anlaşma əldə edib", - deyə “A Spor” bildirib.
“Mançester Siti”də oynayan 34 yaşlı İlkay Gündoğan bu mövsüm 28 matçda meydana çıxıb, 1765 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
Elgün, BakuPost