Ru
11:10 / 25 Noyabr 2024

"Qalatasaray" İkardi ilə bağlı yekun qərarını verdi

"Qalatasaray" İkardi ilə bağlı yekun qərarını verdi
Eye

Türkiyənin "Qalatasaray" futbol klubu mövsüm sonunda Mauro İkardi ilə müqaviləni uzatmaq qərarına gəlib.

Bakupost.az xəbər verir ki, şəxsi həyatında da problemlə üzləşən Mauro İkardi UEFA Avropa Liqasında "Tottenhem"lə oyunda zədələndiyindən bu həftə əməliyyat olunacaq.

"Qalatasaray" rəsmiləri müalicəsi başa çatdıqdan sonra Mauro İkardi ilə daha bir il müddətinə müqavilə imzalamaq istədiklərini bildiriblər.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "sarı-qırmızılar"ın forması ilə çıxdığı 14 oyunda altı qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar