Ru
23:10 / 17 Yanvar 2025

“Qalatasaray”dan gözlənilməz xal itkisi

“Qalatasaray”dan gözlənilməz xal itkisi
Eye

Türkiyə Superliqasında 19-cu tura start verilib.

Bakupost.az xəbər verir ki, turun açılış matçında lider “Qalatasaray” “Hatayspor”un qonağı olub.

Autsayderdən biri ilə matçda İstanbul təmsilçisi gözlənilmədən xal itirib. Oyun heç-heçə başa çatıb - 1:1.

Hesabı 28-ci dəqiqədə meydan sahiblərindən Cemali Sertel açıb. 56-cı dəqiqədə Viktor Osimhen penaltidən cavab qolunu vurub.

Hazırda “Qalatasaray” 19 oyundan 51 xalla liderliyini qoruyur. İkinci pillədəki “Fənərbaxça”nın 18 matçdan 42 xalı var.

“Hatayspor” 19 komanda arasında 19 oyundan 10 xalla 18-ci yeri tutur.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar