Ru
17:41 / 08 Yanvar 2025

"Qalatasaray"dan Muslera ilə bağlı SON QƏRAR

"Qalatasaray"dan Muslera ilə bağlı SON QƏRAR
Eye


14 ildir "Qalatasaray"ın qapısını qoruyan Fernando Muslera mövsümün sonunda ölkəsi Uruqvaya qayıtmaq istədiyi bildirilib.

Bakupost.az "Milliyet"ə istinadən xəbər verir ki, "sarı-qırmızı"lar 38 yaşlı qapıçının bütün planlarını dəyişmək istəyir. Belə ki, onlar daha bir mövsümü Muslera ilə davam etdirmək niyyətindədir.


"Qalatasaray"ın Musleranın maaşını azaltmayacağı və bu mövsüm aldığı 2,5 milyon avroya görə yeni müqavilə təklif edəcəyi iddia edilib.

Musleranın bu təklifə müsbət yanaşdığı, bu addımın təcrübəli qolkiperin motivasiyasını artıracağı gözlənilir.

Elgün, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar