Ru
09:34 / 29 İyun 2024

Qanunsuz silah-sursat əldə edən şəxs tutuldu

857
Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayev saxlanılıb.


Ondan "AKM" modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər