Ru
22:35 / 25 Fevral 2025

Qaqauzlu siyasətçi saxlanıldı

Qaqauzlu siyasətçi saxlanıldı
Eye

Qaqauz Respublikası İcraiyyə Komitəsinin müavini Viktor Petrov Kişinyov hava limanında saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Birinci Moldova” telekanalı bildirib.

"Qaqauziya İcraiyyə Komitəsinin sədr müavini Viktor Petrov Kişinyov hava limanının gəliş zonasında, sərhəd nəzarətində saxlanılıb. Mənbələrimizə görə, Petrov İstanbuldan saat 18:40-da (Bakı vaxtı ilə 20:40) Moldovaya çatıb", - məlumatda deyilir. Bu, muxtariyyət rəhbərliyinin hava limanında saxlanması ilə bağlı ilk hal deyil - ötən həftə Qaqauz hökuməti muxtariyyət Xalq Məclisinin (parlament) sədri Dmitri Konstantinovun ölkədən çıxışını qadağan edən Moldova hakimiyyətinin hərəkətlərini pisləyib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar