Ru
00:01 / 22 Mart 2025

Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək
Eye

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun qar uçqununa düşən hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri tapılıb. Xidmət vaxtı həlak olan hərbçilərimizə qanunauyğun olaraq şəhid statusu veriləcəyi gözlənilir.

Bakupost.az -ın məlumatına görə, Oxu.Az-a məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan Ordusunun həyatlarını itirən hərbi qulluqçularına şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilə bilər.

Xidmət rəsmisi qeyd edib ki, bu gün həlak olan hərbi qulluqçular - Əli İmanov və Ruslan Həmidova xidmət vaxtı döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar