Ru
00:21 / 21 Sentyabr 2024

Qara "Qarabağ"a qayıdacaqmı? - Qurbanov açıqladı

720
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçuları, iki gün əvvəl “Neftçi”dən rəsmən ayrılan Qara Qarayev barədə danışıb.

Bakupost.az xəbər verir ki, bu gün Misli Premyer Liqasının 7-ci turunun “Neftçi”yə qarşı oyunundan (4:0) sonra təşkil edilən mətbuat konfransında Q.Qurbanova Q.Qarayevin “Qarabağ”a qayıdışının mümkünlüyü barədə barədə sual ünvanlanıb.

“Bu gün komandada belə fikir (Qaranın qayıtması - red.) yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni təəssüfləndirir. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur”, - Q.Qurbanov söyləyib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar