Ru
09:48 / 03 Yanvar 2025

"Qara qutu"nun Braziliyada oxunması istintaqın qərəzsizliyi üçün zəruridir - Tokayev

"Qara qutu"nun Braziliyada oxunması istintaqın qərəzsizliyi üçün zəruridir - Tokayev
1117

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasından danışıb.

Bakupost.az xəbər  verir ki, Qazaxıstan lideri bu haqda “Аna dili” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, “Embraer” tipli təyyarənin “qara qutu”sunun Braziliyaya göndərilməsi istintaqın obyektiv və qərəzsiz aparılması üçün zəruri olan yeganə düzgün qərardır.

Qeyd edək ki, təyyarənin “qara qutu”ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır.

Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar