Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.
Bakupost.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da səfərdə ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.
“Maksimir” stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.
Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Dinamo” (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Bakupost.az xəbər verir ki, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
Dinamo: İvan Nevistiç, Stefan Ristovski, Kevin Teofil Katrin, Sami Mmae, Pyer Qabriel, Mişiç, Marko Pyaça, Petar Suçiç, Martin Baturina, Arber Xodja, Bruno Petkoviç.
***
Matç başladı.
***
30-cu dəqiqədə Marko Pyatsanın qolu ilə “Dinamo”nu hesabı açdı.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
75-ci dəqiqədə Kulenoviç “Dinamo”nun ikinci qolunu vurur - 2:0.
***
80-ci dəqiqədə Kulenoviç dubl edir - 3:0.
***
Matç “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatdı. Komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.