Son iki həftə ərzində Ermənistan vətəndaşlığını qəbul edən Qarabağ ermənilərinin sayı xeyli artıb.
Bakupost.az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Arpin Sərkisyan parlamentin daimi komissiyalarının birgə iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Belə ki, 28 oktyabr 2024-cü il tarixinə Ermənistanda 3611 köçkün qeydə alınıb. Oktyabrın 10-da onların sayı 3409 nəfər olub.
"Vətəndaşlıq üçün müraciətlərin ümumi sayı 5600-dür", - Sərkisyan bildirib.
Zaur, BakuPost