Ru
21:55 / 23 İyul 2024

“Qarabağ” qələbə ilə başladı - VİDEO/YENİLƏNDİ

4471
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Bakupost.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” ilk oyununa Cəbəllütariqdə çıxacaq.

Qurban Qurbanovun komandası yerli “Linkoln”la qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” – “Qarabağ”

Baş hakim: İştvan Vada

“Viktoriya” stadionu.

***

Komandaların start heyətləri açıqlanıb:

“Linkoln”: 1. Nauset Santana, 6. Bernardo Lopes, 10. Andre Tjey de Barr, 11. Culian Valerino, 15. Rafael Munyos, 18. Toni, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent

Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas

“Qarabağ”: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica

***

Matç başladı.

***
“Qarabağ” 45+2-ci dəqiqədə hesabı açdı. Juninyo adını tabloya yazdırır - 0:1.


***
Birinci hissə başa çatdı.

***
İkinci hissə başladı.
***
Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla “Qarabağ” hesabı 2:0 edir.



***
Maçt bitdi


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar