"Qarabağ" FK 11 oktyabr - Beynəlxalq Qız Uşaqları Günü münasibətilə bütün qızları təbrik edib.
Bakupost.az xəbər verir ki, klubun rəsmi sosial şəbəkə hesabında yayımlanan paylaşımda qızlara sağlam və uğurlu gələcək arzulanıb.
Ağdam klubunun futbolçuları öz qızları ilə birlikdə çəkilən şəkilləri paylaşaraq, bu xüsusi günü qeyd ediblər. Paylaşılan ailə fotoları izləyicilər tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb. Klubun bu jesti sosial mediada geniş rəğbət qazanıb və çoxsaylı izləyicilər təbriklərə qoşulublar.