2025-01-30, 23:14
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
Bakupost.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da sonuncu - 8-ci turun oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Yunanıstan səfərində “Olimpiakos”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlib. “Qarabağ” qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub edib. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.
Bugünkü oyun isə “Qarabağ” üçün formal xarakter daşıyacaq. 3 xalla 34-cü pillədə olan komandanın pley-off şansı qalmayıb. Ötən mövsüm Konfrans Liqasının qalibi olan “Olimpiakos” isə 12 xalla 12-ci pillədədir və ən azı pley-offu təmin edib.
31 yanvar, Avropa Liqası Liqa mərhələsi, 8-ci tur
00:00.
“Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Redu Petresku (Rumıniya)
Pirey. “Georgios Karaiskakis” stadionu
***
Komandaların start heyətləri açıqlanıb:
“Olimpiakos”: Konstantinos Dzolakis, Kostinya, Julian Byankon, David Karmo, Pirola, Santyaqo Esse, Dani Qarsiya, Velde, Kostulas, Gelson Martins, El Kaabiş
“Qarabağ”: Koxalski, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Nəriman Axundzadə.
***
2025-01-31 00:01
Matç başladı.
***
Birinci hissə qolsuz bərabərliklə başa çatdı.
***
İkinci hissə başladı.
***
“Olimpiakos” 56-cı dəqiqədə hesabı açır. El Kaabiş topu tora ötürməyi bacarır - 1:0
***
60-cı dəqiqədə El Kaabiş dubl edir - 2:0.
***
90-cı dəqiqədə Byankon üçüncü qolu komandamızın qapısından keçirdi: 3-0.