Ru
16:45 / 11 Fevral 2025

"Qarabağ” onunla yolları ayırdı

"Qarabağ” onunla yolları ayırdı
878

"Qarabağ” futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.


Bakupost.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Qeyd edək ki, "Qarabağ" bu qış Olavio Juninyo və Julio Romao ilə də yollarını ayırıb.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar