Ru
21:02 / 11 Fevral 2025

"Qarabağ" "Səbail"i darmadağın etdi - 5:0

"Qarabağ" "Səbail"i darmadağın etdi - 5:0
792

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.

Bakupost.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

Çempionatın lideri “Qarabağ” sonuncu pillədə qərarlaşan “Səbail”i qəbul edib. Görüş Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Qarabağ" turnir cədvəlinə 53 xalla liderlik edir. "Səbail" isə 16 xalla sonuncu - 10-cu yerdədir.

Misli Premyer Liqası, 3-cü dövrə, 22-ci tur

11 fevral

19:00. “Qarabağ” - “Səbail” - 5:0

Qol: Yassin Benzia, 76 - pen; Leandro Andrade, 80, 85, Kadi Borqes, 88, Nəriman Axundzadə, 90+3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Tofiq Bəhramov adına Respublika stadionu

9 fevral

“Şamaxı” - “Sumqayıt” - 1:0

“Sabah” - “Turan Tovuz” - 2:1

10 fevral

“Zirə” - “Neftçi” - 1:2

“Araz-Naxçıvan” - “Kəpəz” - 0:0

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar