Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümündə sonuncu - 4-cü dövrə start götürüb.
Bakupost.az xəbər verir ki, çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşıb. Lider "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb. Matç ağdamlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" turnir cədvəlində 67 xalla 1-ci, "Turan Tovuz" isə 43 xalla 4-cüdür.
Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib. 3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1. Beləliklə, "Qarabağ" bu mövsüm "Turan Tovuz" üzərində ilk qələbəsini qazanıb.
28 mart (cümə)
19:35. “Turan Tovuz” – “Qarabağ” - 1:4
Qollar: Kadi Borqes, 16 - pen. (0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2), Kadi Borqes, 84 (1:3), Aleksey Kaşuk, 90+1 (1:4)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu