Ru
20:15 / 04 İyul 2024

Qarabağ Universiteti müsabiqə elan etdi

1949
Qarabağ Universitetinin loqosunun hazırlanması üçün müsabiqə elan edilib.

Bakupost.az xəbər verir ki, bu barədə müsabiqənin sosial şəbəkə hesabında bildirilib.

Müsabiqənin şərtləri belədir:

• Müsabiqədə bu sahədə bacarıqlı olan hər kəs iştirak edə bilər;
• Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;
• Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
• Təqdim olunan eskizlər yeni olmalıdır;
• Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;
• Loqo digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;
• Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;
• Qarabağ Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Eskizlərin qəbulu üçün son tarix: 17 iyul 2024-cü il
Hazırlanan loqo eskizlərini göndərmək üçün elektron poçt ünvanı: [email protected]
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər