Ru
10:31 / 14 Aprel 2025

Qarabağ Universitetində yeni fakültələr olacaq - Nazir AÇIQLADI

Qarabağ Universitetində yeni fakültələr olacaq - Nazir AÇIQLADI
Eye

Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır.

Bakupost.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə "Heydər Əliyev və Suveren Azərbaycan" mövzusuna həsr olunmuş konfransda bildirib.


Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda tədris olunacaq.


E.Əmrullayev universitetin tələbələrinə xüsusi təşəkkür edib:

"Qarabağ Universitetinin mahiyyəti tələbələrdir. Onların universitetin inkişafında rolu böyükdür. Buna görə onlara təşəkkür düşür. Onların əzmi və uğurlu nəticələri sayəsində universitet daha da inkişaf edir və edəcək".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar