Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.
Bakupost.az xəbər verir ki. bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Maraqlıdır, Qarabağ Universitetində çalışacaq müəllimlərə hansı güzəştlər verilə bilər?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov oxu.az-a açıqlama verib.
"Qarabağ Universiteti hazırda regionda tanınmış olması məqsədi ilə kifayət qədər dövlət dəstəyi və təklifləri özündə birləşdirən ali təhsil müəssisəsidir. Ən yaxşı hal isə abituriyentlərin də Qarabağ Universitetini seçməsidir. Yüksək ballı abituriyentlər artıq öz seçimlərini edirlər. Nazirlik bəyan edir ki, müəllimlər üçün yaşayış yeri təyin olunacaq. Bu yaxşı bir güzəştdir.
Müəllimlər artıq məişət qayğılarından uzaq olacaqlar və daha çox tədris prosesinə fokuslanacaqlar. Başqa güzəştlərin ola biləcəyini isə zaman göstərəcək. Hazırda Qarabağ Universitetinə müəllimlər tərəfindən böyük rəğbət var. Elan olunan dekanlar və ya digər məsul şəxslər vəzifələrinin peşəkarlarıdır. Qarabağ Universitetində işləyəcək müəllimlərin əməkhaqları qabaqcıl universitetlərin maaşları ilə də rəqabət edə biləcək halda ola bilər. Hazırkı vəziyyət onu deməyə əsas verir".